Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda sükut GÜNÜDÜR

Azərbaycanda sükut GÜNÜDÜR

Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat prosesi başa çatıb.

 Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil təyin olunmuş şəxslər, namizədliyi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil təyin edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

 Ölkəmizdə yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət yanvarın 6-dan başlayıb, yanvarın 28-i saat 08:00-da başa çatıb.

 Qeyd edək ki, seçkilərdə 16 min 96 şəxsin namizədliyi irəli sürülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də