Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.
Audit nəticəsində müəyyən edilib ki, Akademiyada üzgüçülük hovuzu fəaliyyət göstərməsə də, həmin sahədə çalışan işçilərə əməkhaqqı ödənilməsi davam etdirilib. Ödəniş 2022-2023-cü illəri əhatə edib və 55,7 min manat təşkil edib.
Məlumata görə, Akademiyada 6 ildәn çox müddәtdә üzgüçülük ixtisası üzrә dәrslәr auditoriyalarda tәdris olunub.
Jurnalda qeyd olunur ki, bir sıra ixtisaslar üzrә ümumi dәrs yükünün normalarla müәyyәn edilmiş hәddәn çox olmaqla kәnardan cәlb olunmuş mütәxәssislәrә verilmәsi, hәmçinin bәzi ixtisaslar üzrә professor-müәllim heyәtinin tәrkibindә elmi dәrәcәsi vә elmi adı olmayanların xüsusi çәkisinin böyük olması fikirimizcә, tәdrisin keyfiyyәtinә tәsir göstәrәn risk amillәrini formalaşdırıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkil edilib. Qərara əsasən, Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyası yaradılıb. Akademiyanın rektoru Fuad Hacıyevdir.