Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış

Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış

Azərbaycanda müxtəlif sahələrdə fərqlənin şəxslər bir sıra mükafatlar, orden və medallarla yanaşı, fəxri adlarla da təltif olunurılar.

Hazırda ölkəmizdə 20 adda fəxri ad verilir. Onlardan biri də “Əməkdar pilot” adıdır.

Mülki aviasiya sahəsində “Əməkdar pilot” fəxri adı 3 may 2010-cu ildə təsis olunub. "Əməkdar pilot" fəxri adı yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan, ixtisası üzrə azı 25 il işləyən və ən azı 10000 saat uçuş yerinə yetirən Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin üzvlərinə verilir.

"Əməkdar pilot" fəxri adının döş nişanı qabarıq haşiyəyə alınmış çoxbucaqlı formasındadır, Gümüş suyuna çəkilib iş döş nişanının üzərində soldan diaqonal üzrə havaya qalxan reaktiv sərnişin təyyarəsinin qızılı rəngli metaldan təsviri verilib. Mərkəzi hissədəki qırmızı fonda aypara və səkkizguşəli ulduz təsvir olunub.

Hazırda “Əməkdar pilot” fəxri adına görə ayda 150 manat təqaüd verilir.

İndiyə kimi mülki aviasiya sahəsində fərqlənmiş 25 nəfərə “Əməkdar pilot” adı verilib.

Yeri gəlmişkən, bir il öncəyə kimi “Azərbaycan Hava Yolları” QSC-nin sədri vəzifəsində çalışmış Cahangir Əsgərov da “Əməkdar pilot” fəxri adını daşıyır. O, mülki aviasiyanın inkişafında xidmətlərinə görə 2011-ci ilin mayında bu ada layiq görülüb.

Cahangir Əsgərov 15 iyul 1996-cı ildən 1 sentyabr 2023-cü ilə kimi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də