Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabiq hakim məhkəmə zalında HƏBS EDİLDİ

Sabiq hakim məhkəmə zalında HƏBS EDİLDİ

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Əhmədov Elsun Məzahir oğlunun barəsində olan cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq hakim 5 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də