Şirvan Milli Parkının direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində ceyranın kəsilmiş başı və iki patron gilizinin tapıldığını bildirib.
Polis əməkdaşları tərəfindən ceyranı qanunsuz ovlayan Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Əsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.