
Azərbaycanda daha üç məhkum həbsdə ölüb.
Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkumlar - Əli Hüseynov, Qalib Mahmudov və Soltan Ağayev vəfat ediblər.
Onların xəstəlikdən öldükləri bildirilib.
Beləliklə, 2025-ci il ərzində Bakı həbsxanalarında ölənlərin sayı 7-yə çatıb.