
Serebral iflic olan I qrup əlil qadın ana olub.
Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 15-i saat 22:13-də KTM-in Doğum-Ginekologiya şöbəsində qeysəriyyə əməliyyatı ilə çəkisi 2 300 qram, boyu 45 sm olan qız dünyaya gəlib.
Körpənin anası serebral iflicin diplegiya formasından əziyyət çəkən və 1-ci qrup əlil olan bir qadındır. Hamiləliyin 36-cı həftəsində həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Zəruri müayinələrdən sonra ana və körpə yaxşı vəziyyətdə evə buraxılıb.