Ermənistan Xarici İşlər Nazirliyi Bolu (Türkiyə) xizək kurortunda baş vermiş yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib.
Bu barədə Ermənistan XİN-in "X" sosial şəbəkəsində paylaşım edilib.
"Boluda onlarla insanın həyatına son qoyan faciəvi yanğın bizi dərindən kədərləndirdi. Fikirlərimiz həlak olanlar və onların ailələri ilədir. Xəsarət alanlara şəfa diləyirik".
Qeyd edək ki, yanğın zamanı 66 nəfər ölüb, 51 nəfər yaralanıb.