
RegionTV.info "Oxu24.com"-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.
Məlumat üçün bildirək gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.
"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik", - BNA-dan bildirilib.