Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

XİN-dən 20 Yanvar BƏYANATI

XİN-dən 20 Yanvar BƏYANATI

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

 35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizi dərin minnətdarlıqla yad edirik.

Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrı-seçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də