Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İnsult keçirən Xalq artistinin son durumu AÇIQLANDI - YENİLƏNİB

İnsult keçirən Xalq artistinin son durumu AÇIQLANDI - YENİLƏNİB

TƏBİB Xalq artisti Ənvər Həsənovun vəziyyəti ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 10-da saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunur ki, ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

"Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir", - qurumdan verilən açıqlamada bildirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də