Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Kapital Bank” Milli Qəhrəmanın ailəsindən oğurlanan pulu belə qaytarıb - AÇIQLAMA

“Kapital Bank” Milli Qəhrəmanın ailəsindən oğurlanan pulu belə qaytarıb - AÇIQLAMA

“Kapital Bank” Milli Qəhrəman Hökumə Əliyevanın atasının bank kartından oğurlanan vəsaitin necə geri qaytarılması ilə bağlı məlumat yayıb.

“Kapital Bank” vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib:
 “Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli CVV kodunu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən uydurma videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”, - “Kapital Bank” bəyan edib.

Xatırladaq ki, kibercinayətkarlar Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından 80507 manat pul vəsaiti oğurlamışdılar.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən lazımi tədbirlər görülüb. Cinayəti törədən şübhəli şəxslər müəyyən edilib,

Həmin məbləğin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin olunub.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də