Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİN Hökumənin ailəsindəki oğurluğa görə cinayət işi AÇDI

DİN Hökumənin ailəsindəki oğurluğa görə cinayət işi AÇDI

Daxili İşlər Nazirliyi (DİN) AZAL-ın təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsidən edilən oğurluğa görə cinayət işi açıb.

Bu barədə DİN Mətbuat Xidmətindən verilən cavabda bildirilib.

Qeyd edilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Cəlil Alıyevin Kapitalbanka məxsus kartından ümumilikdə 80 507 manat pul çəkilib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də