
Elm və Təhsil Nazirliyi bu il neçə məktəbin istifadəyə veriləcəyinə aydınlıq gətirib.
Nazirlikdənbildirilib ki, 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri həyata keçirilib. 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır.