Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Özəl klinikaların məqsədi ancaq xalqı çapıb-talamaqdır...”






“Özəl kliniklarda da analizlərə 500-1000 manat pul verirsən, amma nəticəsi də yoxdur. Bu ora göndərir, o, bura göndərir bir sözlə, pul qazanırlar”

Bunu  açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Kinorejissor bir müddətdir ki, səhhətində ciddi problemlər olduğunu bildirib və kömək istəyib:

“Analizlər verməkdən artıq qanım qalmayıb, amma səhhətimdə elə bir irəliləyiş də yoxdur, günü-gündən geri gedirəm. Vəziyyətim ağırlaşır, bununla yanaşı, müraciətlərimdən də xəbər yoxdur. Bronxlarımda problemlər var, boğuluram, xəstəxanalar da bağlıdır və müalicələrim də ev şəraitində olunsa da effekti yoxdur. Özəl kliniklarda da analizlərə 500-1000 manat pul verirsən, amma nəticəsi də yoxdur. Bu ora göndərir, o, bura göndərir bir sözlə, pul qazanırlar. Tanınmış adam olduğum üçün mənə cüzi endirib edirlər. Amma hərə bir klinika açıb ancaq analiz verirsən. Özəl kliniklarda dəhşət bahaçılıqdı Azərbaycanı çapıb-talayırlar. Onların ancaq məqsədi budur. Əgər müalicə yoxdursa, yalandan analiz verməyin nə mənası var. Analiz bir xərc, aptekə dərmanlara pulun çıxır bu iki xərc və ən böyük xərc isə odur ki, canın gedir”. 

Xalq artisti növbəti dəfə ölkə başçısının köməkçisi Anar Ələkbərova müraciət edib:

“Mən Anar Ələkbərovun atası Sahib müəllimlə otuz il bir yerdə işləmişik. Xahiş edirəm mənim müraciətlərimə cavab versin. Mənim müalicəmə kömək etsinlər və ya müalicə üçün bir yerə göndərsinlər. Bu gün o qədər adamlara dəstək olurlar. Mən altmış ildir xalqa xidmət edirəm. Bir göstəriş versinlər, dayaq olsunlar. Çünki mənim şəxsi nüfuzum bundan o yana keçmir, nüfuzu nə qədər xərcləmək olar? Ona görə də istəyirəm ki, mənə köməklik göstərsinlər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də