
Spirtli içkilərin qəbulu koronavirusa qarşı peyvəndin təsirini azaldır.
RegionTV.info xəbər verir ki, bu barədə Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirdi ki, vaksin vurulan şəxslər bir müddət Spirtli içkilərin qəbulundan çəkinməlidirlər. Çünki spirtli içkilər peyvəndləmədən sonra orqanizimdə immuntetin formalaşmasında ciddi fəsadların yaranmasına səbəb ola bilər.
İnfeksionist Vüqar Cavadzadə deyir ki, spirtli içkilərin qəbulu orqanzimdə ayrı-ayrı orqanların fəailiyyətinə mənfi təsir göstərdiyindən insanların infeksion və qeyri infeksion xəstəliklərə qarşı dözümlüyünü azaldır.
Vüqar Cavadzadə onu da əlavə etdi ki, vaksinasiyadan sonrakı dövürlərdə siqaretin çəkilməsi də immuntetin formalaşmasına mənfi təsir göstərən amillərdən biridir. Vaksinasiyadan əvvəl və ya sonra immuntetin daim yüksək saxlanılması üçün təbii qidalara üstünlük verilməlidir.
Qeyd edək ki, ölkəmizdə koronavirusa qarşı vaksinasiya yanvarın 18-də başlayıb. Bu prosesə ilkin olaraq tibb işçiləri cəlb olunub.
BAKU.WS