
Bakı Ali Neft Məktəbinə (BANM) strateji inkişaf üzrə prorektor təyin edilib.
Bu vəzifəyə Güldənə Hidayətli təyinat alıb.
Məlumatı BANLM-ın rektoru Elmar Qasımov da təsdiqləyib.
Güldənə Hidayətli BANM-ın yetirməsidir. O, Ali Məktəbdə həm bakalavriat, həm də maqistratura pilləsini bitirib.
G.Hidayətli BANM-ı bitirəndən sonra rəhbərliyin tövsiyəsilə burada fəaliyyətə başlayıb.
O, əvvəlcə Kefiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb.
G.Hidayətlinin prorektorluğa təqdimatı BANM rektoru Elmar Qasımov tərəfindən SOCAR rəhbərliyinə verilib və təsdiqlənib.