Türkiyədə xəstəxanada intihar hadisəsi baş verib.
RegionTV.info "MediaBaku.az"-a istinadən xəbər verir ki, görüntülər xəstəxananın təhlükəsizlik kamerasına düşüb.
Aykal adlı gənc ürəyində baş verən ağrılara görə xəstəxanaya gətirilib. Həkimin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Acı xəbəri eşidən sevgilisi çantasından özü ilə gətirdiyi silahı çıxararaq sinəsindən atəş açıb.
Təəssüflər olsun ki, onun da həyatını xilas etmək mümkün olmayıb.
Xəbəri paylaş