Media təmsilçisi bələdiyyə seçkilərində namizəd oldu.
Xəbər verdiyimiz kimi 29 yanvar 2025-ci il tarixdə ölkəmizdə növbəti dəfə Bələdiyyə seçkiləri keçiriləcək. Artıq namizdəliyi qeydə alınmış şəxslər təbliğat-təşviqat kampaniyasına başlayıb. Seçkilərə maraq o qədər də ürəkaçan olmasa da, bəzi bölgələrdə aktivlik nümayiş olunur. Mingəçevir şəhərində də 19 üzv uğurunda xeyli sayda namizəd öz gücünü sınmaqda israrlıdır.
regontv.info-nun məlumatına görə diqqətçəkən namizdələrdən biri də “Kanal32” Media Şəbəkəsinin əməkdaşı Əfqan Kamil oğlu Şirinovdur.
Oxucuların və seçicilərin marağını nəzərə alaraq namizəd Əfqan Şirinovun tərcümeyi-halnı təqdim edirik:
Şirinov Əfqan Kamil oğlu 13 aprel 1970-cu ildə Mingəçevir şəhərində fəhlə ailəsində anadan olub. 1985-1987-ci illərdə Mingəçevir şəhər 39 №-li Orta Texniki Peşə məkətbinı fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə RSFSR-də hərbi xidmətdə olub.
1996-2000-ci illərdə Bakı Biznes Universitetinin Hüquqşünaslıq fakültəsinı bitirib.
Əmək fəaliyyətinə Mingəçevir şəhərində başlayıb. 1991—1993-cü illərdə Mingəçevir DRES-də çilingər, 1997-1998-ci illərdə Mingəçevir Spirtsiz işçkilər zavodunda usta,1998-2000-ci illərdə “Avkilon” Qapalı Səhmdar Cəmiyyətində hüquq məsləhətçisi, 2002-2006-cı illərdə Qəbələ RLS-in Analitik İnformasiya Mərkəzində Hərbi qulluqçu vəzifələrində işləyib. 2006-cı ildən fərdi sahibkalıq fəaliyyəti ilə məşğuldur. 2018-ci ilin iyul ayından indiyədək Kanal32.az saytında Hüquqi məsələlər üzrə xüsusi müxbir işləyir.
Heç bir siyasi partiyanın üzvü deyil. Ailəlidır, bir övladı var.
Qeyd edək ki,namizədin seçki şüarı da maraqlıdır.
-Səsinizi eşidənə, yerinizi bilənə SƏS VERİN!
-Yeniliyə, inkişafa, Sizi təmsil edənə SƏS VERİN!
Biz də “Azərbaycan Bələdiyyəsi” onlayın qəzeti olaraq bütün namizədlərə sağlam mübarizə,şəffaf seçki və uğurlar arzulayırıq!