
Rusiyanın xarici işlər naziri Sergey Lavrov kənar müdaxilə nəticəsində Aktauda qəza enişi edən Azərbaycan təyyarəsindən danışıb.
Bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.
O qeyd edib ki, jurnalistlər qəza ilə bağlı araşdırmanın nəticələrini gözləməli və "qara qutu"lardakı məlumatlarla təsdiqini tapmayan məlumatları yaymamalıdırlar.
Lavrov bildirib ki, Rusiya Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirir: "Moskva və Bakı hər bir məsələni, o cümlədən AZAL təyyarəsinin qəzası kontekstində, həll etməyə qadirdir".