
Bakıda fəaliyyət göstərən “Funda Hospital”ın rəhbəri Sevdiyar Əliyev vəfat edib.
O, ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycan Dövlət Tibb Universitetininin 1978-ci il məzunu olan S.Əliyev 1979-2000-ci illərdə Mingəçevir şəhər Birləşmiş Şəhər Xəstəxanasında çalışıb. Terapevt 2000-ci ildən “Funda”nın baş həkimi idi.