Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“Əlavə məlumat olan kimi yayımlayacağıq”- qurumdan bildirilib.

Qeyd edək ki, mərhum bu ilin yanvarın 3-də Mərcan Klinikasında həkim Sənan Mehdiyev tərəfindən burun əməliyyatı olunub. Bir gün sonra halı pisləşib. Yanvarın 5-də Mansurova “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə yerləşdirilib. O süni nəfəs aparatına qoşulub, intensiv müalicə aparılıb. Amma bütün səylərə baxmayaraq, Nəzrin komadan ayılmayıb və yanvarın 12-də dünyasını dəyişib.

Nəzrin hələ komaya düşəndə faktla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yoxlamalara başlamışdı. Mərkəzdən Teleqraf.com-a bildirilib ki, yoxlamanın nəticəsi barədə rəy hələ hazır deyil.

“Hazır olan kimi məlumat veriləcək”

Bu, Sənan Mehdiyevin ölümlə nəticələnən ilk işi deyil. Həkim təxminən 10 il bundan öncə 18 yaşlı qızın ölümünə səbəb olub və buna görə həbs olunub. Yasamal rayon məhkəməsinin hökmünə əsasən Sənan Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.

Baş vermiş bu faciədən sonra S.Mehdiyev barəsində hansısa tədbir görülübmü sualı ilə “Mərcan” Klinikasına müraciət etdik. Klinikadan bununla bağlı baş həkim Araz Ağalarovla danışa biləcəyimizi dedilər və nömrəni də verdilər. Amma sözügedən nömrəyə dəfələrlə zəng etsək də, onu açan, vatsapla yazdığımız mətni isə cavablandıran olmadı.

Qeyd edək ki, ötən ilin noyabrın 20-də Nərmin İsgəndərova adlı bloger “Mərcan” Klinikasında qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib və bir müddət sonra vəfat etmişdi. Analitik Ekspertiza Mərkəzi klinikada plandankənar yoxlama aparıb, nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də