
RegionTV.info xəbər verir ki, ABŞ “F-35”-lərinin ən böyük rəqibi ilə bağlı bu gün yeni bir açıqlama verilib.
Rusiyanın Xabarovsk şəhər rəhbərliyi tərəfindən edilən açıqlamada şəhərdəki Komsomolsk Amur Təyyarə Zavodunda istehsal olunan ilk seriya “Su-57”-nin Rusiya ordusuna təhvil verildiyi təsdiqlənib.
Təyyarənin Qara dəniz və Xəzər dənizi sahillərində yerləşən Cənubi Hərbi Dairədəki bölməyə təhvil verildiyi, ilin sonuna qədər 5-ci nəsil 5 ədəd “Su-57” döyüş təyyarəsinin zavod tərəfindən Rusiya ordusuna təhvil veriləcəyi bildirilib.
Açıqlamada təyyarənin yerləşdiyi şəhərin adı açıqlanmayıb.
Rusiya Müdafiə naziri Sergey Şoyqu 22 ədəd “Su-57”-nin 2024-cü ilin sonunadək inventara daxil olmasını gözlədiklərini söyləmişdi.
"Teleqraf.com"