Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlyas İsmayılovun vəziyyəti AĞIRDIR

İlyas İsmayılovun vəziyyəti AĞIRDIR

Xəbər verdiyimiz kimi, Ədalət Partiyasının sədri İlyas İsmayılov xəstəxanaya yerləşdirilib. Onun insult keçirdiyi bildirilir.

Son durumunu öyrənmək üçün Mərkəzi Klinika ilə əlaqə saxlayıb.

Klinikadan sorğumuza cavab olaraq bildirilib ki, İlyas İsmayılovun Mərkəzi Klinikanın stasionar şöbəsində müalicəsi davam edir. Vəziyyəti ağır stabil olaraq qalır.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

O, 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də