
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq deputatı Əhməd İyimaya vəfat edib.
O, Ankarada dünyasını dəyişib.
Cənazə Gölbaşı qəbiristanlığında torpağa tapşırılacaq.
22 noyabr 1950-ci ildə Amasyada anadan olan Ahmet İyimaya Ankara Universitetinin Hüquq fakültəsini bitirib.
İyimaya 20 və 21-ci çağırışlarda Doğru Yol Partiyasından, 23, 24, 25 və 26-cı dövrlərdə isə AK Partiyadan millət vəkili seçilib.