Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaricidə yaşayan azərbaycanlılara ana dilini öyrənmək üçün FÜRSƏT

Xaricidə yaşayan azərbaycanlılara ana dilini öyrənmək üçün FÜRSƏT

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə ikinci yarımil üzrə qeydiyyat elan edir.
 
 “Ana dili – Azərbaycan məktəbi" ölkəmizdən kənarda yaşayan və müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər və təcrübəli mütəxəssislər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.
 
17 yanvar 2025-ci il tarixinədək aşağıdakı keçid vasitəsilə “Ana dili – Azərbaycan məktəbi”nin ikinci yarımilinə qeydiyyatdan keçmək mümkündür: //forms.gle/cXsKcAz2k4t3EczUA  
 
Qeyd edək ki, ötən ildən start verilən layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsveç, Fransa və 30-dan çox digər ölkədə yaşayan həmvətənlərimiz qoşulub.
 
Ümumilikdə 1000-dən çox həmyerlimiz bu layihədən yararlanıb. Layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarı olanlar üçün əlavə qruplar təşkil edilib. Hazırda 300-dən çox soydaşımız dərslərə qoşulur. 

İkinci yarımil üzrə dərslərin 25 yanvar 2025-ci il tarixində başlaması nəzərdə tutulub.
 
“Ana dili – Azərbaycan məktəbi” ilə bağlı əlavə suallar olduğu təqdirdə [email protected] elektron poçt ünvanı və ya +994 51 226 71 21 mobil nömrəsi (“WhatsApp”, “Telegram”) vasitəsilə əlaqə yaratmaq mümkündür.
 
Daha ətraflı məlumatı //anadili.agma.az/ saytından və layihənin sosial media səhifələrindən linktr.ee/anadili əldə etmək olar. @anadiliaze


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də