
Yeni marşrut şəbəkəsinə uyğun olaraq 37 küçə və prospektdə 112 kilometr avtobus zolağı çəkilib.
Bu barədə "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub.
Xüsusi zolaqların tətbiqi nəticəsində gediş vaxtı bəzi küçələrdə 18-22 dəqiqəyə qədər azalıb. Məlumata görə, xüsusi zolaqlarda gün ərzində 900 minə yaxın sərnişin daşınır.