Tehran Fransa prezidenti Emmanuel Makronun son anti-İran iddialarını qəti şəkildə rədd edərək, onları “əsassız və ziddiyyətli” adlandırıb.
Makron İranı nüvə proqramını sürətləndiməkdə və Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməkdə ittiham edib, bildirib ki, Tehranı regionda əsas strateji və təhlükəsizlik problemi olaraq qalır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai deyib ki, Fransa prezidenti Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən rəhbərləri axtarılan ölkələr əvəzinə, həmişə beynəlxalq hüquqa hörmət edən İranı ittiham edir.
İsmail Baqai vurğulayıb ki, regional sülh və sabitliyə real və birbaşa təhlükə yaradan İsraildir, lakin yenə də ABŞ və bəzi Avropa ölkələrinin, o cümlədən Fransanın tam dəstəyinə malikdir.
O, İsrailin “Fələstində işğal və soyqırımını davam etdirməklə yanaşı, bölgənin müxtəlif ölkələrinə də hərbi təcavüz və ekspansionizmini davamlı olaraq genişləndirdiyini” deyib.
Makronun İranın sülhməramlı nüvə proqramı ilə bağlı iddialarına gəlincə, Baqai Tehranın nüvə fəaliyyətinin beynəlxalq hüquq çərçivəsində və Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi və davamlı nəzarəti altında olduğunu bildirib.
XİN rəsmisi həmçinin İranın Ukrayna münaqişəsinə müdaxiləsi ilə bağlı iddiaları rədd edərək, bu cür məsuliyyətsiz bəyanatların faktları təhrif etmək məqsədi daşıdığını bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Fransa prezidentinin İranın Afrika ölkələri ilə qarşılıqlı əlaqələri ilə bağlı narahatlığına təəccüb və təəssüfləndiyini bildirib: “Afrikada şiddətli müstəmləkəçilik tarixinə malik olan ölkələr müstəqil Afrika ölkələri və eyni zehniyyətə malik olan digər xalqların taleyini təyin edə bilməzlər”.
Baqayi vurğulayıb ki, İranın Afrika ölkələri ilə əlaqələri hər bir Afrika ölkəsinin milli suverenliyi və siyasi müstəqilliyinə qarşılıqlı hörmət və hörmət əsasında qurulur.