Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daxili Nəzarət sektorunun müdiri Elçin Məmmədovun qızı…

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərini pozur. Bu qanuna əsasən vəzifəli şəxsin yaxın qohumu onun tabeliyində işləyə bilməz. Qanunun 7-ci maddəsinin müvafiq bəndlərində bu qadağa göstərilib:
- Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Qida Təhlükəsizliyi Agentinin qanun pozuntusu ondan ibarətdir ki, bu təşkilatın Daxili Nəzarət sektorunda bir ailədən iki nəfər işləyir. Beləki, AQTA-nın Daxili Nəzarət sektorunun müdiri Elçin Məmmədovun qızı Məmmədova Gülarə Elçin qızı bu agentliyin Bakı regional bölməsində qida təhlükəsizliyi nəzarəti sektorunda işləyir və baş idarədə struktur rəhbəri olan atası ilə bilavasitə  tabeçilik əlaqəsi olduğuna görə yuxarıda qeyd olunan qanunun tələbləri pozulub. Bu barədə AQTA sədri cənab Qoşqar Təhməzlinin fikrini bilmək maraqlı olardı. Xahiş edirəm məsələyə aydınlıq gətirəsiniz.
Sima Babayeva jurnalist


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də