Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qəzaya uğrayan təyyarənin "qara qutu"ları niyə Braziliyaya göndərilib? - Tokayevdən CAVAB

Qəzaya uğrayan təyyarənin "qara qutu"ları niyə Braziliyaya göndərilib? - Tokayevdən CAVAB
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ana dili" qəzetinə müsahibə verib.

O, bir çox mövzudan, həmçinin Aktau şəhərində Azərbaycana məxsus təyyarənin qəza enişi etməsi barədə danışıb.

O qeyd edib ki, dekabrın sonunda Azərbaycan aviaşirkətinin təyyarəsi Manqistau vilayətində qəzaya uğrayıb. Faciə 38 nəfərin, o cümlədən 6 Qazaxıstan vətəndaşının həyatına son qoyub, çoxlu sayda insan ağır yaralanıb.

"Belə vəziyyətlərdə saniyələr önəmlidir. Xilasedicilərimiz, həkimlərimiz, polislərimiz operativ, ahəngdar hərəkət edərək peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirdilər. Faciə baş verən yerin yaxınlığında yerləşən Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin əməkdaşları dərhal zərərçəkənlərin köməyinə gəliblər. Yerli sakinlər də diqqətdən kənarda qalmayıb. Vətəndaşlarımızın bu fədakarlığı sayəsində mümkün qədər çox insan həyatı xilas olxu. Xilasetmə işlərində iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm.

Qazax xalqının təyyarə qəzasında həlak olanlarla həmrəyliyini və rəğbətini vətəndaşlarımızın kütləvi şəkildə qan verməyə tələsməsi sübut edir".

Tokayev bildirib ki, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb:

"Bundan əlavə, ICAO və IAC daxil olmaqla 17 beynəlxalq ekspert dəvət olunub. Hökumət komissiyası uçuş qeydlərini ("qara qutu") hava gəmisinin istehsal olunduğu Braziliyaya deşifrə etmək üçün göndərmək qərarına gəlib. Əminəm ki, bu, istintaqın obyektivliyini və qərəzsizliyini təmin edən yeganə düzgün qərardır"


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də