ABŞ prezidenti Co Bayden ölkənin 39-cu prezidenti Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2024-cü il tarixini Matəm Günü elan edib.
Bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.
Karterin və onun mərhum həyat yoldaşı Rozalinin ABŞ-a verdiyi töhfəni və fəaliyyətini yüksək qiymətləndirən Bayden bir sıra tədbirlər sifariş edib.
ABŞ prezidentinin sərəncamına əsasən, Ağ Evin binasında, ictimai binalarda, hərbi obyektlərdə və dəniz stansiyalarında, bütün hərbi məhkəmələrdə, səfirliklər və konsullqularda ölkə bayrağı yarıya endiriləcək.
Xatırladırıq ki, ABŞ-ın 39-cu prezidenti Cimmi Karter dünən 100 yaşında vəfat edib.