Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hökümət rəsmləri və Kəlbəcər RİH-nin başçısı dəfn mərasimində olub /// FOTO

 


Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində həlak olan ekipaj üzvlərinin ailə üzvləri, Baş nazir Əli Əsədov,  dövlət və hökumət rəsmiləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.Həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.Qəzada həlak olan stüardessa Hökümə Əliyeva Kəlbəcər rayon Susuzluq kənd sakinidir.
Qəzada həlak olanlara Allahda rəhmət, ailələrinə səbr diləyirik!

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də