Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mərkəzi Bank 2025-ci ildə pul siyasətinə 8 dəfə baxacaq

Mərkəzi Bank 2025-ci ildə pul siyasətinə 8 dəfə baxacaq

2024-cü ildə olduğu kimi 2025-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

 Bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 22-də, martın 12-də, aprelin 23-də, iyunun 11-də, iyulun 23-də, sentyabrın 10-da, oktyabrın 22-də və dekabrın 10-da açıqlanacaq.

 Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, aprel, iyul və oktyabr aylarına nəzərdə tutulub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də