Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təyyarəni Rusiya vurub - ABŞ TƏSDİQLƏDİ

Təyyarəni Rusiya vurub - ABŞ TƏSDİQLƏDİ
ABŞ hakimiyyəti Azərbaycana məxsus "Embraer 190" təyyarəsinin Rusiya tərəfindən vurulduğunu bəyan edib. 

Bu barədə AFP və CNN nəşrləri adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb. 

"İlk əlamətlər Rusiyanın hava hücumundan müdafiə sisteminin Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurduğunu göstərir", - açıqlamada qeyd olunub. 

Bundan əvvəl "Caliber" nəşri, "Euronews" kanalı və "Reuters" agentliyi təyyarənin Rusiya tərəfindən vurulduğunu açıqlayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də