Aktauda dekabrın 25-də AZAL-a məxsus qəzaya uğrayan təyyarənin bələdçisi üzvü Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək.
Bu sözləri Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Hökümə ilə axırıncı dəfə nə vaxt danışdığını xatırlamır:
"Bizə verilən məlumata görə, bu gün onun nəşi təhvil veriləcək. Hadisədən xəbərim yox idi. Təsadüfən zəng etdim cavab vermədi. Sonradan öyrəndim ki, rəhmətə gedib. Qardaşına deyiblər ki, bu gün 12-dən sonra təhvil veriləcək. Qapalı qız idi, işi ilə bağlı heçnə danışmazdı".