Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının kafe və restoranlarının dövriyyəsi nə qədərdir?

Bakının kafe və restoranlarının dövriyyəsi nə qədərdir?

2024-cü ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 faiz artaraq 1 milyard 613 milyon manat olmuşdur.

 Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 820,6 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 50,9 faizini təşkil etmişdir.

İctimai iaşə insanların müəyyən bir məkanda qida və içkilərlə təmin olunması xidmətlərini əhatə edən iqtisadi fəaliyyət sahəsidir. Bu fəaliyyət restoran, kafe, kantin, fast food şəbəkələri, bar, otel kimi müəssisələrdə həyata keçirilir. İctimai iaşə fəaliyyətinin əsas məqsədi müştərilərə keyfiyyətli qida və içki təqdim etməkdir. Bu xidmətlər həm yerində istehlak, həm də evə və ya çatdırılma kimi müxtəlif formalarla təmin oluna bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də