RegionTV.info
İkinci Qarabağ Müharibəsində dili tutulan qazi əsgərimiz Nurlan Məhərrəmlinin dili açılıb.
Qüsursuz Nitq Korreksiya Mərkəzi tərəfindən pulsuz müalicəyə götürülən 23 yaşlı Nurlan Məhərrəmliyə ağır tonik kəkələmə diaqnozu qoyulmuşdu. Mərkəzdə 14 gün müalicə alan Nurlan Məhərəmlinin dili açılıb və artıq qazimiz sərbəst danışa bilir.
Qüsursuz Nitq Mərkəzinin rəhbəri Esmira Qafarova bildirib ki, qaziyə fərdi korreksiya planı tərtib edilib və mərkəzin kəkələmə mütəxəssisləri Firəngiz Qasımova, Tərlanə Məmmədova, refleksoloq Ruhiyyə Vəlicanova 14 gün ərzində Nurlan Məhərrəmlini müalicəsini həyata keçiriblər.
"Qazimizin 14 gün müalicə müddətində sağalması yalnız Qüsursuz Nitq Mərkəzinin deyil, hər birimizin uğurudur. Həmçinin bütün nitq qüsuru olan qazilərimizi Qüsursuz Nitq Mərkəzində təmənnasız korreksiya etməyə hazırıq. Buyurub müraciət edə bilərlər" deyə Esmira Qafarova qeyd edib.
qaynar.info
Xəbəri paylaş