Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinə yeni müdir təyin edilib.
Bu vəzifəyə Cavad Axundzadə gətirilib.
Qeyd edək ki, Cavad Axundzadə Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. 2007-ci ildən əmək fəaliyyətinə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
O, repressiya qurbanı olan Azərbaycan şairi Əhməd Cavadın nəticəsidir.