Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünya liderləri İlham Əliyevi TƏBRİK EDİRLƏR

Dünya liderləri İlham Əliyevi TƏBRİK EDİRLƏR

Dekabrın 24-də Prezident İlham Əliyev 63 yaşını qeyd edəcək.

Prezidentə ad günü münasibətilə təbriklər göndərilib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan liderini təbrik edib. Təbrikdə deyilir:

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Son illər bizim birgə rəhbərliyimizlə intensiv yüksək səviyyəli təmaslar, möhkəm siyasi qarşılıqlı etimad və beynəlxalq aləmdə səmərəli əməkdaşlıq ilə səciyyələnən Çin-Azərbaycan münasibətləri uğurla və ardıcıl şəkildə inkişaf etməkdə davam edir. Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək səviyyədə reallaşdırılmasında mühüm nəticələr əldə ediblər. Bu ilin iyulunda biz ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etdik və bununla da Çin-Azərbaycan münasibətlərinin inkişafı tarixində yeni səhifə açdıq.

Mən Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkənin xalqlarının rifahı naminə yüksək səviyyəli ikitərəfli münasibətləri yeni başlanğıc nöqtəsindən daha da inkişaf etdirmək üçün Sizinlə birlikdə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

***

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da İlham Əliyevi təbrik edib:

Hörmətli İlham Heydər oğlu, əziz dost.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə Türk dünyasında getdikcə daha mühüm rol oynayır, regionda liderliyini gücləndirir və Belarus Respublikasının etibarlı strateji tərəfdaşıdır.

Sizinlə bu yaxınlarda Bakıda görüşümü məmnunluqla xatırlayıram.
Mən dostluğumuzu və etimada əsaslanan şəxsi münasibətlərimizi, qarşılıqlı dəstəyi və müxtəlif platformalarda açıq konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm.

Əminəm ki, qlobal iqlim forumunun - COP29-un və Dünya Liderləri Sammitinin uğurla keçirilməsi ölkənizin beynəlxalq nüfuzunu daha da gücləndirdi.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, uğurlar, Azərbaycan dövlətinə isə Sizin rəhbərliyinizlə daimi qələbələr arzulayıram.

 ***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun təbrikində deyilir:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan bu gün Sizin rəhbərliyinizlə dövlətçiliyin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Əminəm ki, bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

***

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin də təbrik məktubu göndərib:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizin dostluq, tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfənizi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş qərarların icrası üçün iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, müxtəlif istiqamətlərdə birgə nəhəng layihələrin həyata keçirilməsi məqsədilə böyük işlər görülür.

Əminəm ki, praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.

Sizinlə 2024-cü il noyabrın 13-də keçirilmiş görüşümüzü məmnunluqla xatırlayıram. Açıq və konstruktiv ünsiyyətimizi davam etdirməkdən şad olacağam.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

***

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz quruculuq fəaliyyətində, iqtisadi, sosial və mədəni inkişaf istiqamətində heyrətamiz uğurlar qazanmış Azərbaycan Respublikasının mənafeyini 20 ildən artıqdır ki, inamla müdafiə edirsiniz. Sizin yüksək siyasi nüfuzunuz və həyata keçirdiyiniz kursa ümumxalq dəstəyi ölkənin bir çox sahələrdə lider mövqelərinin möhkəmlənməsinə təminat verir.

Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluq və qarşılıqlı hörmət əlaqələrinə əsaslanan dostluq, əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə genişlənəcək və dərinləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2025-ci ildə Sizə möhkəm cansağlığı, firavanlıq və məsuliyyətli işinizdə uğurlar arzulayıram".

***

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılan böyük uğurlar, ölkənin iqtisadi inkişafında, dünya arenasında nüfuzunun möhkəmlənməsində mühüm nailiyyətlər Sizin adınızla ayrılmaz surətdə bağlıdır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram".

***

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"

Möhtərəm İlham Heydər oğlu.

Sizə olan ən yüksək ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq məsələlərdə mühüm rol oynayır, dünya arenasında haqlı olaraq yüksək nüfuza malikdir.

Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əlaqələrin möhkəmləndirilməsində və təkmilləşdirilməsində göstərdiyiniz hərtərəfli köməyə görə Sizə minnətdarlığımı bildirirəm.

Əminəm ki, qurulmuş konstruktiv dialoq bundan sonra da ikitərəfli əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəkdir.

Möhtərəm İlham Heydər oğlu, Sizin üçün bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə bütün planlarınızın və təşəbbüslərinizin uğurla həyata keçməsini arzulayıram.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də