Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Elmlər Akademiyası” metrosunun hasarlanmasının səbəbi açıqlandı (FOTO)

Metronun "Elmlər Akademiyası" stansiyasında bərpa işləri aparılır.
RegionTV.info "Trend"-ə istinadən xəbər verir ki, Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, işlərin artıq ilkin mərhələsinə start verilib:
"Metronun "Elmlər Akademiyası" stansiyası üzərində yerləşən binanın fasadında bərpa işləri aparılır. Stansiyanın ətrafı hasarlanıb, bu, piyadaların təhlükəsizliyi üçün edilib".
B.Məmmədov əlavə edib ki, qarşıdakı müddətdə Nazirlər Kabineti yanında Operativ Qərargah metroda sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar verərsə, stansiyadan sərnişinlərin istifadə etməsi və təhlükəsiz daxil olub-çıxması üçün müvafiq şərait yaradılacaq.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də