Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“40 milyon verilən şirkət kredit ayrılan gün təsis olunub” - "Şlyapa Zahid"in MƏHKƏMƏSİ 

“40 milyon verilən şirkət kredit ayrılan gün təsis olunub” - "Şlyapa Zahid"in MƏHKƏMƏSİ 

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Vaxtilə "AtaBank"da çalışmış şahid Şəhla Abdurəhmanova ifadəsində bildirib ki, kredit müqaviləsini müvafiq şöbə təsdiqlədikdən sonra imzalayıb: "Kredit verildikdən sonra müştəri yaxınlaşır, müqaviləni imzalayır. Müqavilənin məbləği 10 mindən yüksək olarsa, komissiya şöbəsində yoxlama keçirilir. Şöbənin əməkdaşları müqaviləyə əsasən, protokol və çıxarış hazırlayır, müqaviləni şöbə müdiri imzalayır. Protokol və çıxarış bizə çatdıqdan sonra müqaviləni təsdiqləyirik. "Şahin-CO" şirkəti ilə olan müqaviləni dəqiq xatırlayıram. Çünki, kreditin məbləği 40 milyona yaxın olub. Dəqiqliyi ilə məbləği xatırlamıram. Xəbər saytlarından oxumuşam, "Şahin-CO" şirkətindən müqaviləni imzalayan kimi Zahid Niftəliyev qeyd olunub. Mən şəxsən müştəri ilə görüşmədiyim üçün onu görməmişəm, tanımıram. "Şahin-CO" şirkəti üçün də protokol və çıxarışı olub. Sonra şirkətin cari hesabına kredit köçürülüb. Səlahiyyətli nümayəndə kimi mən və idarə heyətinin sədri Dəyanət Quliyev həmin müqaviləni imzalayıb. Müşahidə şurasının sədri protokol və çıxarış hazırlandıqdan sonra müqaviləni imzalamaq səlahiyyətini mənə verib".

Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaqda verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var. Buna görə də, şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Məlum olub ki, "Şahin-CO" şirkəti kredit verilən gün təsis olunub. Şahid bunu idarə heyətinin sədri Dəyanət Quliyevə dediyini bildirib. Ona "Sən qarışma, nə deyilir onu da et" cavabı verilib. Müqaviləni Zahid Niftəliyev, Dəyanət Quliyev və Ş.Abdurəhmanova imzalayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də