Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Prokurorluğunun veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileylərinin tamam olması, eyni zamanda prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 18-də tədbir keçirilib.
Tədbirdə Baş prokuror tərəfindən veteran prokurorluq işçisi Namiq Əsgərova hədiyyə, Bəhruz Mahmudova isə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
Namiq Əsgərov və Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirib.