"Beynəlxalq modellərin Azərbaycan reallığında təhlili maraqlı bir yanaşmadır. Bu tip tədqiqatlar adətən, ölkənin təhsil sistemi ilə beynəlxalq standartlar arasındakı boşluqları və uyğunluqları aşkara çıxarır”.
Bunu “Azərbaycan məktəbi" jurnalının yüzilliyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu işlər həm metodologiyanın mürəkkəbliyi, həm də mövcud tədqiqat imkanlarının məhdudluğu səbəbindən kifayət qədər ağır proses ola bilər:
“Azərbaycan kontekstində bu cür tədqiqatların uğurla aparılması üçün bir neçə vacib addım nəzərdə tutulmalıdır. Beynəlxalq modellərin uğurlu tətbiqi üçün ilk addım onların hansı şərtlərdə formalaşdığını və işlədiyini dərk etməkdir. Məsələn, İtaliya təhsil sisteminə xas xüsusiyyətlər üzərində qurulan modeli Azərbaycan reallığına tətbiq etmədən əvvəl ölkənin təhsil sisteminin güclü və zəif tərəflərini dərin analiz etmək lazımdır”.