Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fəzail Ağamalı ailəsinin məhkəməsindən danışdı: "Bizə 6 ay vaxt verilib"

Fəzail Ağamalı ailəsinin məhkəməsindən danışdı: "Bizə 6 ay vaxt verilib"

"Parlament seçkilərindən sonra çox qəribə bir mənzərə ilə üz-üzə qaldıq, deyirdilər ki, Fəzail Ağamalı getdi, qızı gəldi. Yaxşı, Fəzail Ağamalı və yaxud digərləri öz övladına, seçiminə, özünün tutmuş olduğu vəzifəyə görə, daşıdığı səlahiyyətə görə qadağa qoymalıdır? Bu nə dərəcədə doğrudur, nə dərəcədə ədalətlidir?"

Bunu sabiq deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı qızı Günay Ağamalının deputat seçilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Günay Ağamalı Azərbaycan vətəndaşıdır, seçmək və seçilmək hüququ var və o da bu hüquqlardan istifadə edib.

"Onun seçilib-seçilməməsi qabiliyyətindən, seçki kampaniyasında özünü təqdimetmə səviyyəsindən və təbii ki, Ana Vətən Partiyasının (AVP) və mənim indiyədək millət vəkili kimi göstərmiş olduğum xidmətlərin nəticələrindən asılıdır. Bütün bu şərtlər, elementlər yığışdı və nəticə etibarilə o, seçkilərdə uğur qazana bildi. Açığı deyim ki, o, mənim gözlədiyimdən də daha uğurlu kampaniya apardı. Bir neçə aydır parlamentdədir və kifayət qədər fəallığı var. Ümidvaram ki, o, özünü yüksək səviyyədə təqdim edəcək və etimadı doğruldacaq. Ancaq bütün varlığı, bütün ruhu ilə Azərbaycan dövlətinə, xalqına bağlı övladdır", - sabiq depuat RTV-də yayımlanan verilişdə bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də