
Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.
Bu haqda sosial şəbəkədə onun yaxınları məlumat yayıb.
Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.