Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağır qəzada ölən şəxs iş adamı imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR

Ağır qəzada ölən şəxs iş adamı imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR

Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

 Qəza nəticəsində 1979-cu il təvəllüdlü, Xaçmaz rayon sakini Orucov Şamil Zehyəddin oğlu ölüb.

 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev xəsarət alıblar.

 Onlar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

 Qəza nəticəsində dünyasını dəyişən Şamil Orucov Xaçmazda yerləşən "Mal bazarı" kimi tanınan bazarın sahibidir.

 Quba Mərkəzi rayon Xəstəxanasından bildirilib ki,15.12.2024-cü il tarixində saat 19:09-da Quba rayonu Üçkün kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

 

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan ə 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də