Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun nəzdində magistratura təhsil səviyyəsi üzrə Türk Mühəndislik və Menecment Məktəbi yaradılıb.
Bu barədə qərar Azərbaycanda əcnəbi tələbələr arasında Türkiyə vətəndaşlarının çoxluğu nəzərə alınaraq qəbul edilib.
Məktəbin məqsədi Türkiyə-Azərbaycan qardaşlıq dəyərlərini və ənənələrini rəhbər tutaraq qabaqcıl təhsil proqramları əsasında türk dilində keyfiyyətli təhsil vermək və sənaye peşəkarları yetişdirməkdir.
AzTU-nun COP29 tövsiyələrinin icrası istiqamətində işlərin görülməsi üçün yol xəritəsi də təqdim olunub.