Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sülh layihəsinin 15 maddəsi razılaşdırılıb - Ceyhun Bayramov

Sülh layihəsinin 15 maddəsi razılaşdırılıb - Ceyhun Bayramov

Ermənistanla sülh müqaviləsi layihəsi  preambuladan və 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, 2 maddə ilə bağlı işlər isə davam edir: "Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir".

O qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.

Ceyhun Bayramov əlavə edib ki, Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də