Ötən gecə Çeçenistanın paytaxtı Qroznı şəhərində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis alayının kazarmasında pilotsuz uçan aparatın məhv edilməsi zamanı 4 hərbçi yaralanıb.
Bunu respublika başçısı Ramzan Kadırov Teleqram kanalında yazıb
"Qvardiyanın 4 hərbçisi yüngül xəsarət alıb. Həmin vaxt növbətçi heyət bu cür hücumlardan qorunan ərazilərdə olub", - Çeçenistan rəhbəri bildirib.
Kadırovun sözlərinə görə, havada partlayan pilotsuz təyyarə damı zədələyib, pəncərələri sındırıb: “Bina ciddi ziyan görməyib. Ukrayna nasist komandanlığı xüsusi əməliyyatın nəhəng nəticələri barədə Qərb ağalarına hesabat versə, təəccüblənmərəm. Belə pafoslu hərəkətin yeganə mənası budur”, - deyə o bildirib.
“Çeçenistan Respublikasından olan bölmənin 84 min könüllü və döyüşçüdən ibarət ehtiyat qüvvəsi birinci əmrlə cəbhə xəttinə keçməyə hazırdır. Biz bunu belə buraxmayacağıq! Biz isə sırf bu 4 yaralıya görə 400 ukraynalı öldürəcəyik”, - Kadırov əlavə edib.