"Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur".
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib:
"Ucqar kəndlərdə dərs sayları az olmasına görə müəllim çatışmazlığı olur. Hazırda məktəb rasionallaşmasını buna görə aparırırıq ki, şagidləri daha yaxşı təhsillə təmin edək. Şagird sayı az olan məktəblərdə, yəni 1,2,3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq".
"Şagird sayı 100-dən az olan məktəblərin hər birinin rasionallaşdırılacağı yanlış fikirdir", - deyə nazir qeyd edib.